Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb
04.07.2024 18:06
Aa
dəq

“İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həftənin ən çox oxunanları

Bakıda polisi öldürən şəxs saxlanılıb

Bakıda polisi öldürən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Hacıqabulda 3,1 bal gücündə zəlzələ baş verdi

Hacıqabulda 3,1 bal gücündə zəlzələ baş verdi
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana 15 kq-dan çox narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb

İrandan Azərbaycana 15 kq-dan çox narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu

Sumqayıtda oğurluqda şübhəli bilinən qadın saxlanılıb

Sumqayıtda oğurluqda şübhəli bilinən qadın saxlanılıb
DAVAMIN OXU davamın oxu

Xankəndidə son bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndidə son bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu