Bakıda iki prospektdə avtobusların hərəkəti məhdudlaşdırılır

Bakıda iki prospektdə avtobusların hərəkəti məhdudlaşdırılır
28.06.2024 14:52
Aa
dəq

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən 30 iyun saat 06:00-dək Parlament prospekti və Atatürk prospektlinin “Gənclik” metrostansiyası istiqamətindəki yolunda nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Parlament prospektinə daxil olan 3, 18, 39 və 205 nömrəli müntəzəm avtobus marşrutları alternativ olaraq Mikayıl Müşfiq və Mehdi Hüseyn küçələri, Atatürk prospektinə daxil olan 3, 7A, 7B, 9, 26, 33, 67, 85, 93, 199, 202 və 211 nömrəli müntəzəm avtobus marşrutları isə alternativ olaraq Azadlıq prospekti, Ağasadıq Gəraybəyli, Həsən Əliyev, Əhməd Rəcəbli, Fətəli xan Xoyski, İbrahimpaşa Dadaşov küçələri ilə fəaliyyət göstərəcək.

Həftənin ən çox oxunanları

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək
DAVAMIN OXU davamın oxu

Bakıda yük avtomobilinin üzərindəki texnika yolun hərəkət hissəsinə aşıb

Bakıda yük avtomobilinin üzərindəki texnika yolun hərəkət hissəsinə aşıb
DAVAMIN OXU davamın oxu

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
DAVAMIN OXU davamın oxu

"Sahil" metrostansiyasının qarşısındakı səkilər genişləndirilib

DAVAMIN OXU davamın oxu

“Culfa” tankerinin təmiri başa çatıb

“Culfa” tankerinin təmiri başa çatıb
DAVAMIN OXU davamın oxu