Əsas məzmuna keç

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

AYNA-nın təmir işləri ilə bağlı tətbiq etdiyi yeni marşrut sxemləri: 10-12 iyul tarixlərində 61, 88A, 10, 14, 18 və 71 nömrəli avtobuslar necə hərəkət edəcək?

en ru

Bakıda bir sıra avtobusların hərəkət istiqaməti dəyişdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yerüstü Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 10-12 iyul tarixlərində 61 və 88A nömrəli marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir.

11-12 iyul tarixlərində isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm müvəqqəti olaraq metronun “Azadlıq prospekti” stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…