Əsas məzmuna keç

Bakıda hərəkət zolaqlarının sayı artırıldı: Yeni qərar

Bakıda hərəkət zolaqlarının sayı artırıldı: Yeni qərar

AYNA Üzeyir Hacıbəyli küçəsində nəqliyyat axınını yenidən qurdu. Kövkəb Səfərəliyeva kəsişməsinədək yolun buraxıcılıq qabiliyyəti necə yüksəldildi? Detallar burada.

en ru

Bakının Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə olan hissəsində nəqliyyatın hərəkət zolaqlarının sayı 5-ə çatdırılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, görülən tədbirlər nəticəsində həmin hissədə yolun qabiliyyəti artırılıb.

Qeyd edilib ki, vətəndaşların müraciətləri nəzərə alınaraq bu yol sahəsində hərəkət optimallaşdırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…