Əsas məzmuna keç

Bakıda güclü külək, rayonlarda yağış və dolu gözlənilir

Bakıda güclü külək, rayonlarda yağış və dolu gözlənilir

Aprelin 27-də Abşeron yarımadasında hava kəskin dəyişir. Milli Hidrometeorologiya Xidməti bölgələrdə dolu, şimşək və duman xəbərdarlığı yaydı. Görüləcək tədbirlər:

en ru

Sabah Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, aprelin 27-də Bakıda gecə və səhər arabir duman olacaq.

Eyni zamanda mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti olacaq, atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə gecə 70-75%, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bundan başqa ayrı-ayrı yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…