Əsas məzmuna keç

Bakıda fəhlənin ölümü ilə bağlı cinayət işi başladılıb

Bakıda fəhlənin ölümü ilə bağlı cinayət işi başladılıb

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi başlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Binəqədi Rayon Prokurorluğundan məlumat...

Bakıda hündürlükdən yıxılaraq ölüb, başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…