Operativ Məlumat Mərkəzi

Bakıda fəhlə faciəvi şəkildə ölüb

1 dəq
Paylaş:
Bakıda fəhlə faciəvi şəkildə ölüb
Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. "Operativ Məlumat...

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi “Buta Çərəz” MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər