Operativ Məlumat Mərkəzi

Bakıda evdən 15 min manatlıq oğurluq olub

1 dəq
Paylaş:
Bakıda evdən 15 min manatlıq oğurluq olub
{"az":"Nəsimi rayonunda yerləşən evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi...","en":"","ru":""}

Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər