Operativ Məlumat Mərkəzi

Bakıda doğum evinin ərazisində yanğın olub - YENİLƏNİB

2 dəq
Paylaş:
Bakıda doğum evinin ərazisində yanğın olub - YENİLƏNİB
bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar...

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla heç bir xəsarət qeydə alınmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

FHN-dən "Report"a verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər