Əsas məzmuna keç

Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib

Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib

Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin () Mətbuat xidmətindən bildirilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində 1 nəfər qadının dənizdə təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #bakı#fhn#batma
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…