Operativ Məlumat Mərkəzi

Bakıda 50 nömrəli marşrut xətti üzrə ödəniş “BakıKart”la olacaq

1 dəq
Paylaş:
Bakıda 50 nömrəli marşrut xətti üzrə ödəniş “BakıKart”la olacaq
Mayın 8-dən “Neftçilər” metro stansiyası ilə Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı...

Mayın 8-dən “Neftçilər” metro stansiyası ilə Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in Bakı Nəqliyyat Agentliyindən bildirilib.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər