Əsas məzmuna keç

Bakı və bölgələrdə güclü külək əsəcək

Bakı və bölgələrdə güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidməti Bakı, Gəncə və bölgələr üçün sarı, narıncı xəbərdarlıq etdi. Martın 29-dək şimal-qərb küləyi 28 m/san-dək sürətlənəcək. Təhlükəli rayonların tam siyahısı:

en ru

Bakıda və yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 27-si gündüzdən 29-dək gözlənilən küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Quba, Qobustan, Mingəçevir, Xaçmaz, Gədəbəy, Göygöl, Hacıqabul, Neftçala, Kəlbəcər, Laçın, Zəngilan, Şəmkir, Samux, Yevlax, Salyan, Şirvan, Goranboy, Naftalanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Siyəzən, Xızı, Qusar, Şabranda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…