Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub

Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub
20.05.2023 13:38
Aa
dəq

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konqresə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahlar iştirak edib.

Tədbirdə Heydər Əliyevin Azərbaycanın tibb sahəsinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına göndərdiyi təbrik məktubu səsləndirilib.

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, Azərbaycanda ürək transplantasiyası həyata keçirilməsi üçün tədbirlər görülür: "2 il əvvəl qəbul edilən "Donor və orqan transplantasiyası haqqında" Qanun imkan verir ki Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev isə vurğulayıb ki, Azərbaycanda ölümlə nəticələnən xəstəliklər arasında ürək damar xəstəlikləri də var: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfində ürək damar xəstəlikləri var. 400-dən çox xəstəliklərin olduğu zərfdə 70 dən çox ürək damar xəstəlikləri var. Ötən il Azərbaycanda 34 min ürək damar əməliyyatı olub. Əməliyyatlar həm böyüklər, həm də uşaqlarda aparılıb. Azərbaycanda artıq oturuşmuş sistem var. Bakıda və bölgələrdən müraciətlər qəbul edilir və dərhal icbari tibbi sığorta vasitəsilə ən yaxşı mütəxəssislərə yönəldilir".

Z.Əliyev əlavə edib ki, Azərbaycanda bölgələrdə də ürək damar xəstəliklərinə operativ müdaxilə üçün yeni şöbələrin yaradılmasına başlanılıb: "Regionlarda ürək damar cərrahiyyəsi şöbəsi yaradılır. Artıq Lənkəranda bu şöbə açılıb. İlin sonuna qədər digər bölgələrdə də açılacaq".

Agentlik sədri həmçinin bildirib ki, yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiqini gözlənilir: "Yeni xidmətlər zərfində ürək-damar xəstəliklıri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov Azərbaycanda kordilogiyanın inkişafında Ulu öndər Heydər Əliyevin rolundan danışıb: "Onun tapşırığı ilə Türkiyə və digər ölkələrdə təhsil alan kordioloqlar bu gün Azərbaycanda kordiologiyanın inkişafına böyük töhfələr verir".

TƏBİB sədri bildirib ki, Azərbaycanda ürək damar xəstələri cavanlaşıb və hər il artır: "Bu proses TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciətlərdə özünü göstərir".

Konqresdə çıxış edən, vaxtilə Klivlend klinikasında Ulu Öndər Heydər Əliyevin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Ümummilli lider haqqında xatirələrini bölüşüb.

O bildirib ki, Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi: "Heydər Əliyevin duruşu ölkəsinin və xalqının qururunu xatırladırdı. Ulu Öndərin ətrafdakılara təsir edən aurası vardı. O, yeni şeyləri öyrənmək istəyini itirməyən 80 yaşlı cavan idi. O, xəstəxanaya hər gəlişində hər kəslə maraqlanardı. Ulu Öndər bütün dünya liderlərinin hörmətini qazanmışdı".

Somda Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev Murat Tuzcuya "Təşəkkürnamə" təqdim edib.

Həftənin ən çox oxunanları

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3
DAVAMIN OXU davamın oxu

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu