Əsas məzmuna keç

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin rəsmi açılış mərasimi keçiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin rəsmi açılış mərasimi keçiriləcək

Gürcüstanın Axalkalaki stansiyasında baş tutacaq tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın rəsmi şəxslərinin iştirakı gözlənilir.

en ru

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi mərasimi iyunun 2-də baş tutacaq. Tədbir Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək və orada hər üç ölkənin – , və Gürcüstanın rəsmi nümayəndələri iştirak edəcəklər.

2017-ci ildən etibarən test rejimində istifadə olunan dəmir yolu xətti artıq rəsmi şəkildə istifadəyə veriləcək. Ümumi uzunluğu 827 kilometr olan magistralın 213 kilometrlik hissəsi ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin inşası Azərbaycan tərəfindən ayrılan 775 milyon ABŞ dolları məbləğində kredit hesabına maliyyələşdirilib və bu vəsaitin layihədən əldə olunacaq gəlirlər hesabına geri qaytarılması nəzərdə tutulur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatına görə, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək dəmir yolunda genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Layihənin uğurla yekunlaşması nəticəsində BTQ xəttinin illik qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldilib.

Qatar cədvəli

16:45 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…