Əsas məzmuna keç

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı reysləri iyunun 13-dən fəaliyyətini dayandırıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən () məlumat verilib.

Bildirilib ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, İran ərazisindən keçən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…