Əsas məzmuna keç

Bakı-İrəvan dəmir yolu xətti açılır

Bakı-İrəvan dəmir yolu xətti açılır

Ermənistan naziri Gevorq Papoyan TRIPP layihəsi üzrə nəqliyyat əlaqələrinin bərpasından danışıb. Yeni logistika marşrutları və ticarət barədə mühüm detallar.

en ru

İrəvanda TRIPP layihəsi çərçivəsində ilə birbaşa dəmir yolu əlaqəsinin yaxın bir neçə il ərzində qurulacağına ümid edilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin iqtisadiyyat naziri Papoyan mətbuat konfransında açıqlama verib.

Nazir bildirib ki, Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi tam açılana qədər alternativ və logistika marşrutlarından da istifadə oluna bilər.

Papoyanın sözlərinə görə, proses kifayət qədər mürəkkəbdir və zaman tələb edir:

“Hazırda ölkələr arasında aktiv əlaqələri mövcud deyil. Bunun bir neçə səbəbi var – bazarlar bir-birinə hələ tam tanış deyil və ticarət münasibətlərinin formalaşması vaxt aparır”.

O qeyd edib ki, dövlət öz səlahiyyətləri çərçivəsində siyasi razılaşmaların əldə olunması, yolların açılması və dəmir yolu xətlərinin istismara verilməsi istiqamətində addımlar atmaqla ticarət üçün zəruri şərait formalaşdırır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…