Əsas məzmuna keç

Azov dənizində buğda daşıyan gəmi PUA hücumu nəticəsində batıb

Azov dənizində buğda daşıyan gəmi PUA hücumu nəticəsində batıb

Xerson vilayətinin qubernatoru Vladimir Saldo Ukrayna PUA-sının "Volqo-Balt" gəmisinə hücum etdiyini və itkilərin olduğunu bildirib.

en ru

dənizində daşıyan quru yük gəmisi Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə vilayətinin qubernatoru Vladimir məlumat verib.

"Volqo-Balt" tipli gəminin batmasına səbəb kimi Kiyevin terror hücumu göstərilir. Saldo qeyd edib ki, aprelin 3-də PUA hücumuna məruz qalıb.

Heyət batan gəmini tərk edib, lakin dənizçilər yalnız bu gün Xersonun Strelkovoye kəndi yaxınlığında sahilə çıxaraq əlaqə yarada biliblər.

Gəminin kapitanı Qeniçesk mərkəzi xəstəxanasına yerləşdirilib, onun baş köməkçisi isə həlak olub. Daha iki nəfər itkin düşmüş hesab olunur. Digər dənizçilərə tibbi və psixoloji yardım göstərilir.

"Bu, Ukraynanın neytral sularda mülki gəmilərə hücum etdiyi ilk hal deyil. Bu cinayətlərə görə cavab veriləcək", - deyə Saldo xəbərdarlıq edib.

Xilas edilən dənizçilərin vəziyyəti qənaətbəxşdir, itkin düşən heyət üzvlərinin axtarışları davam edir. Quru yük gəmisi Kerçdən 30 mil şimalda qəzaya uğrayaraq tamamilə batıb. Yaxın vaxtlarda onun sudan çıxarılması planlaşdırılmır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…