Əsas məzmuna keç

Britaniyanın Kiprdəki hərbi bazasına PUA hücumu təşkil edilib

Britaniyanın Kiprdəki hərbi bazasına PUA hücumu təşkil edilib

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Kiprdə yerləşən "Akrotiri" bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

en ru

Böyük Britaniyanın adasında yerləşən "Akrotiri" hərbi hava bazasına pilotsuz uçuş aparatı () ilə hücum edildiyi ehtimal olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bBu barədə "Reuters" agentliyi Kipr rəsmilərinə və Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Kipr hökumətinin nümayəndəsi bildirib ki, gecə saatlarında baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumatlara görə, hərbi obyektə yalnız cüzi ziyan vurub.

Baza ərazisində güclü partlayış səsləri eşidilib və həyəcan siqnalı işə düşüb.Ehtiyat tədbiri olaraq hərbi təyyarələr havaya qaldırılıb. "Akrotiri" yaxınlığında yaşayan sakinlərə növbəti göstərişə qədər sığınacaqlarda qalmaları tövsiyə edilib.

Mütəxəssislər qeyd edirlər ki, bu sonuncu dəfə 1980-ci illərin ortalarında Liviya yaraqlıları tərəfindən birbaşa hücuma məruz qalmışdı. Hazırda hadisənin təfərrüatları və PUA-nın hansı istiqamətdən göndərildiyi araşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…