Əsas məzmuna keç

"AzerGold" 4 strateji layihəyə 3,6 milyard manat yatıracaq

"AzerGold" 4 strateji layihəyə 3,6 milyard manat yatıracaq

İqtisadiyyat Nazirliyi və "AzerGold" QSC-nin birgə planı: Sənayenin inkişafı, yeni iş yerləri və qızıl hasilatının artırılması üçün atılan addımlar.

en ru

"" QSC-nin dağ-mədən sənayesində həyata keçirəcəyi 4 əsas strateji layihənin ümumi investisiya 3,63 milyard manatdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

"Dövlət Proqramı çərçivəsində həyata keçirəcək layihələrin yalnız təxminən 10 %-nin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır. İlk layihə "Söyüdlü" yatağıdır. Burada ilk 2028-ci ildə nəzərdə tutulub. Layihənin qızıl resursu 1,03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var. İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7,5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır. Bu investisiyanın icrası "AzerGold"un daxili gəliri hesabına və cəlb edəcəyi borc hesabına planlaşdırılır. İkinci layihə Naxçıvanda yerləşən "Ortakənd" qızıl yatağıdır. Burada ilk istehsal 2029-cu ildə nəzərdə tutulub. Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1,8 milyard manatdır. Tələb olunan investisiya 255 milyon manatdır, bu layihənin də icrası "AzerGold"un daxili gəliri hesabına və cəlb ediləcək borc hesabına planlaşdırılır", - Z. İbrahimov qeyd edib.

O hesab edir ki, "Filizçay" polimetal yatağı dünyadakı digər polimetal yataqları kimi müxtəlif - geoloji və digər amillərə görə ən mürəkkəb yataqlardan biridir.

"Bu layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır. Bu layihənin icrası "AzerGold"un daxili gəlirləri hesabına, cəlb ediləcək borc vəsaitləri və Sizin tapşırığınıza uyğun surətdə müxtəlif həcmdə investor vəsaitlərinin cəlb edilməsi hesabına ola bilər. "Daşkəsən" dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur. Layihə üzrə illik nəticədə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və tələb olunan investisiya 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin edilir", - deyə "AzerGold"un sədri qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…