Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq hərbi təlimlərə qatılıb

2 dəq
Paylaş:
Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq hərbi təlimlərə qatılıb

Serbiyanın cənubunda " Wolf 26" adlı çoxmillətli taktiki təlimlərə başlanılıb. Serbiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ABŞ-nin Avropa Komandanlığının dəstəyi ilə təşkil olunan təlimlərdə Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Yunanıstan, Böyük Britaniya, Macarıstan, İtaliya, Rumıniya, Şimali Makedoniya, Monteneqro və ev sahibi Serbiyanın hərbi qulluqçuları iştirak edir.

Buyanovac şəhəri yaxınlığında keçirilən və iyunun 13-dək davam edəcək təlimlərə ümumilikdə 550 hərbçi cəlb olunub. Təlimin əsas məqsədi sülhməramlı əməliyyatlar zamanı fəaliyyət, koordinasiya və qarşılıqlı vərdişlərinin inkişaf etdirilməsidir.

Qeyd edək ki, 2014-cü ildən etibarən keçirilən "Platinum Wolf" təlimləri Serbiyanın regional sabitliyə və tərəfdaşlarla əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir. Xatırladaq ki, hərbi təlimlərə tətbiq edilən moratorium səbəbindən 2022-ci ildə keçirilməyən təlimlər 2023-cü ildən yenidən bərpa edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax