Əsas məzmuna keç

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisinə qatılır

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisinə qatılır

ADEX-2024 müdafiə sərgisində Vaşinqtonun hərbi sənaye nəhəngləri təmsil olunacaq. Pentaqon və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq genişlənir.

en ru

ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri 2026-da debüt edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Report"a ADEX 2026 təşkilat komitəsindən məlumat verilib.

Bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin ADEX 2026-da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur.

Bu il ABŞ-nin ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri ADEX-də debüt edəcək. Böyük Britaniya və Almaniya ilk dəfə olaraq ADEX 2026-nın iştirakçı ölkələri sırasına qoşulacaq.

Almaniyanı sərgidə nüfuzlu "Rheinmetall" şirkəti edəcək. Bütün bunlar ADEX-in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir". Türkiyədən ADEX 2026-nın Baş sponsoru qismində çıxış edən "ROKETSAN", həmçinin "ASELSAN Elektronik San. ve Tic. A.Ş.", "BAYKAR", "Turkish Aerospace Industries" (TAI) və "HAVELSAN Elektronik San. ve Tic. A.Ş.", İtaliyadan "Leonardo", Çexiyadan "Excalibur Army SPOL S.R.O", Birləşmiş Ərəb Əmirliklərindən "EDGE Group" və İspaniyadan "INDRA" ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır.

Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr ADEX 2026-da milli qruplar şəklində iştirak edəcəklər.

Belarus, Çexiya, İtaliya, və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…