Əsas məzmuna keç

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda hərbi obyektləri ziyarət edib

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda hərbi obyektləri ziyarət edib

Azərbaycanın müdafiə naziri Gürcüstana səfəri çərçivəsində bir sıra hərbi infrastruktur obyektləri ilə tanış olub.

en ru

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın general-polkovnik bir sıra hərbi obyektlərə baş çəkib. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər proqramına uyğun olaraq, nazir Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə birgə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidə yerləşən bazasında olub.

Hərbi bazanın fəaliyyəti barədə ətraflı brifinq keçirildikdən sonra bazadakı şəraitlə yaxından tanış olub və hərbi təyinatlı silahlara baxış keçirib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…