Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyə HHQ-nin birgə təlimləri yekunlaşdı

2 dəq
Paylaş:
Azərbaycan və Türkiyə HHQ-nin birgə təlimləri yekunlaşdı

Mayın 2-də Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2026” taktiki-uçuş təlimi başa çatıb.

Müdafiə Nazirliyindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, təlimin başa çatması münasibətilə iştirakçılara brifinq təqdim olunub.

Bildirilib ki, təlim müddətində hər iki qardaş ölkənin hərbi pilotları birgə uçuşlar həyata keçirib, verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.

Təlimdə ssenariyə uyğun olaraq, müvafiq uçuşların planlaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin və digər hədəflərin yerlərinin aşkar olunması, məlumatların Birləşmiş Hava Mərkəzinə ötürülməsi və onların məhv edilməsi, eləcə də digər fəaliyyətlər müvəffəqiyyətlə icra olunub.

Həmçinin heyətin fərqli şəraitlərdə uçuş bacarıqlarının artırılması, yeni texnika və silah sistemləri ilə tanışlıq məqsədi ilə mübadilə uçuşlarının yerinə yetirilməsi, aviasiya vasitələrindən tətbiq olunan radioelektron mübarizə şəraitində HHM vasitələrinin fəaliyyətinin qiymətləndirilməsi tapşırıqları da yerinə yetirilib.

Hərbi pilotların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax