Əsas məzmuna keç

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində yeni çağırışçıların təntənəli andiçməsi baş tutub. Vətənə sədaqət andı içən əsgərlərin ailələri də iştirak edib.

en ru

Dövlət Xidmətinin () birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənc əsgərlərə dövlətə, xalqa və Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə sədaqətlə xidmət etməyi, yüksək hərbi intizam, sayıqlıq və məsuliyyət nümayiş etdirməyi, sərhədçi peşəsinin incəliklərinə dərindən yiyələnərək Vətən sərhədlərinin etibarlı mühafizəsində üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirməyi tövsiyə ediblər.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə Hərbi qəbul edərək Vətənin müdafiəsi və dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi şərəfli və məsuliyyətli vəzifəni üzərlərinə götürən gənc əsgərlərin dövlətə, xalqa və Ali Baş Komandana sədaqətlə xidmət edəcəklərinə əminlik ifadə olunub, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Mərasim zamanı valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…