Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ADEX 2024 sərgisi Bakı Ekspo Mərkəzində yeni pavilyon açır

3 dəq
Paylaş:
ADEX 2024 sərgisi Bakı Ekspo Mərkəzində yeni pavilyon açır

Azərbaycanın milli brendi olan ADEX tarixində ilk dəfə olaraq bu il Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Report"a təşkilat komitəsindən məlumat verilib.

Bildirilib ki, beşinci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, ADEX-in ildən-ilə artan nüfuzunun, müdafiə sənayesində möhkəmlənən mövqeyinin və ona göstərilən böyük marağın əyani ifadəsidir.

İndiyədək dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin ADEX 2026-da iştirakını təsdiqləməsi sərgiyə olan marağı aydın şəkildə ortaya qoyur.

Qeyd edək ki, Müdafiə sənayesi sahəsinin ən mötəbər beynəlxalq tədbiri, Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından olan ADEX – 6-cı Beynəlxalq Müdafiə Sərgisi 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Təşkil olunduğu ilk illərdən etibarən İlham Əliyevin ADEX-i ziyarət edərək yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir. ADEX Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir. Türkiyədən ADEX 2026-nın Baş sponsoru qismində çıxış edən "ROKETSAN", həmçinin "ASELSAN Elektronik San. ve Tic. A.Ş.", "BAYKAR", "Turkish Aerospace Industries" (TAI) və "HAVELSAN Elektronik San. ve Tic. A.Ş.", İtaliyadan "Leonardo", Çexiyadan "Excalibur Army SPOL S.R.O", Birləşmiş Ərəb Əmirliklərindən "EDGE Group" və İspaniyadan "INDRA" ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır.

Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr ADEX 2026-da milli qruplar şəklində iştirak edəcəklər. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər. Azərbaycanın müdafiə-sənaye kompleksinin gücü və texnoloji potensialı ADEX 2026-da beynəlxalq auditoriyaya geniş şəkildə təqdim olunacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə