Əsas məzmuna keç

Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu

Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda yoxlamalar aparıb. Görüşün və hərbi təlimlərin təfərrüatları məlum olub.

en ru

Müdafiə Nazirliyinin rəhbər heyəti Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparıb, onların qayğıları ilə maraqlanıb.

Bildirilib ki, , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən bütün zəruri infrastruktur yaradılıb. Hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, hərbi hissələrin döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının təhdidlərinə dayanıqlı mühəndis fortifikasiya qurğuları hazırlanıb.

Daha sonra təlim poliqonunda olan nazirliyin rəhbərliyinə məlumat verilib ki, burada bölmələrin döyüş hazırlığı planlarında nəzərdə tutulmuş təlim və məşqlərin real döyüş vəziyyətinə uyğun keçirilməsinə imkan yaradılıb.

Sonda general-polkovnik şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin daha da artırılması, eləcə də silah və texnikanın səmərəli tətbiqinin öyrənilməsi ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…