Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan hərbçiləri NATO ölkələri ilə birgə təlimlərə qatıldı

2 dəq
Paylaş:
Azərbaycan hərbçiləri NATO ölkələri ilə birgə təlimlərə qatıldı

Serbiyanın cənubunda " Wolf 26" adlı çoxmillətli taktiki hərbi təlimlərə start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS agentliyi Serbiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin Avropa Komandanlığının dəstəyi ilə keçirilən təlimlərdə , Bosniya və Herseqovina, Yunanıstan, Böyük Britaniya, Macarıstan, İtaliya, Rumıniya, Şimali Makedoniya, Monteneqro və Serbiyadan olan hərbi qulluqçular iştirak edirlər.

Nazirlikdən bildirilib ki, Buyanovac şəhəri yaxınlığında keçirilən təlimlərə ümumilikdə 550 hərbi qulluqçu cəlb olunub. Təlimlərin iyunun 13-dək davam edəcəyi qeyd olunub.

Təlim iştirakçıları sülhməramlı əməliyyatlar zamanı birgə fəaliyyət, koordinasiya və bacarıqlarını təkmilləşdirəcəklər.

Qeyd edək ki, "Platinum Wolf" hərbi təlimləri Serbiyada 2014-cü ildən təşkil olunur. Serbiya bu təlimlərin ölkənin bütün tərəfdaşlarla əməkdaşlığa və regional sabitliyin qorunmasına sadiqliyinin göstəricisi olduğunu vurğulayır.

Xatırladaq ki, Serbiya hökumətinin hərbi təlimlərə tətbiq etdiyi moratorium səbəbindən "Platinum Wolf" təlimləri 2022-ci ildə keçirilməmişdi. Təlimlər 2023-cü ildən etibarən yenidən bərpa olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax