Əsas məzmuna keç

Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq hərbi təlimlərə qatılıb

Azərbaycan hərbçiləri Serbiyada keçirilən beynəlxalq hərbi təlimlərə qatılıb

Serbiyanın cənubunda start götürən "Platinum Wolf 26" çoxmillətli taktiki təlimləri sülhməramlı əməliyyatlar üzrə bacarıqların təkmilləşdirilməsini hədəfləyir.

en ru

Serbiyanın cənubunda "Platinum 26" adlı çoxmillətli taktiki hərbi təlimlərə başlanılıb. Serbiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ABŞ-nin Avropa Komandanlığının dəstəyi ilə təşkil olunan təlimlərdə Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Yunanıstan, Böyük Britaniya, Macarıstan, İtaliya, Rumıniya, Şimali Makedoniya, Monteneqro və ev sahibi Serbiyanın hərbi qulluqçuları iştirak edir.

Buyanovac şəhəri yaxınlığında keçirilən və iyunun 13-dək davam edəcək təlimlərə ümumilikdə 550 hərbçi cəlb olunub. Təlimin əsas məqsədi sülhməramlı əməliyyatlar zamanı birgə fəaliyyət, koordinasiya və qarşılıqlı əməkdaşlıq vərdişlərinin inkişaf etdirilməsidir.

Qeyd edək ki, 2014-cü ildən etibarən keçirilən "Platinum Wolf" təlimləri Serbiyanın regional sabitliyə və tərəfdaşlarla əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir. Xatırladaq ki, beynəlxalq hərbi təlimlərə tətbiq edilən moratorium səbəbindən 2022-ci ildə keçirilməyən təlimlər 2023-cü ildən yenidən bərpa edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…