Əsas məzmuna keç

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

İqtisadiyyat Nazirliyinin açıqladığı statistikaya görə, qeyri-neft sektorunda məhsul tədarükü kəskin yüksəlib. Görəsən, bu uğurun arxasında nə dayanır?

ru en

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri--qaz sektoru üzrə ixracının (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % 2,8 milyard ABŞ dolları təşkil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Təkcə avqustda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 13 % çox - 350,8 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 80,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 11,4 % artaraq 251,1 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkərin dəyəri 2,3 dəfə, pambıq ipliyin ixrac dəyəri 62,2 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 42,8 %, bitki-heyvan mənşəli piy-yağın ixrac dəyəri 30,2 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 20,5 %, pambıq lifinin ixrac dəyəri 17,8 %, meyvə-tərəvəzin ixrac dəyəri 13,7 %, çayın ixrac dəyəri isə 12,1 % artıb.

İl ərzində məhsulların ixrac dəyəri 19,2 % artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 22,1 % artaraq 255,8 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,9 % artaraq 987,8 milyon ABŞ dolları təşkil edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…