Əsas məzmuna keç

Azərbaycanın neft ixracı: I rüb nəticələri

Azərbaycanın neft ixracı: I rüb nəticələri

Dövlət Gömrük Komitəsi xam neft satışından gələn 2,5 milyard dolları açıqladı. Bitumlu süxurların həcmi azalsa da, xarici ticarətdə müsbət saldo kəskin artıb.

en ru

Bu ilin yanvar-mart aylarında bəyannamələrinə əsasən, 5 milyon 77 min 834 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 500 milyon 709,5 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 15,5 %, dəyəri isə 25,1 % azdır.

Ötən üç ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46,29 % olub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…