Əsas məzmuna keç

Neftin qiyməti 101 dolları ötdü

Neftin qiyməti 101 dolları ötdü

Brent markalı xammalın birja dəyəri kəskin artaraq psixoloji həddi keçdi. Qlobal enerji bazarındakı bahalaşmanın səbəbləri və proqnozlar üçün xəbəri oxuyun.

en ru

Dünya bazarlarında neftin qiyməti 1 dollardan çox artıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ICE birjasında markalı neftin iyul fyuçerslərinin qiyməti 1,23% və ya 1,23 dolları bir barel üçün 101,29 ABŞ dollarına yüksəlib.

NYMEX birjasında isə WTI markalı neftin iyun fyuçersləri 0,64% və ya 0,61 ABŞ dolları bahalaşaraq bir barel üçün 95,42 ABŞ dolları olub.

Analitiklərə görə, neft qiymətlərinin artmasına səbəb ABŞ Prezidenti Trampın İranla bağlı sərt bəyanatları, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və Hörmüz boğazında tədarük riskləri ilə bağlı narahatlıqlar olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…