Əsas məzmuna keç

Azərbaycan nefti bahalaşdı: Bir barelin qiyməti 128 dolları ötdü

Azərbaycan nefti bahalaşdı: Bir barelin qiyməti 128 dolları ötdü

Azeri Light markalı xam yanacağın qiymət artımı Brent-i üstələdi. AÇG yataqları, SOCAR-ın payı və dövlət büdcəsi üçün yaranan yeni imkanların təfərrüatı bizdə.

en ru

Dünya bazarında "Azeri Light" markalı neftinin qiyməti kəskin bahalaşaraq yeni həddə çatıb. Son məlumatlara görə, neftin 1 barelinin qiyməti 3,07 % (və ya 3,81 dolları) artaraq 128,05 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə əsasən, "" markalı neftin may fyuçerslərinin qiyməti 123,49 ABŞ dolları səviyyəsində qərarlaşıb. Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti də 3,07 % (3,61 ABŞ dolları) artaraq 121,05 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 07.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…