Türkiyənin Malatya şəhərində dağılan binanın altında qalan azərbaycanlı tələbələrin 4-ün cansız bədəni tapılıb.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.
Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.