Deputat Fazil Mustafaya sui-qəsd olub - YENİLƏNİB 4

Deputat Fazil Mustafaya sui-qəsd olub - YENİLƏNİB 4
28.03.2023 23:05
Aa
dəq

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə TƏBİB-dən bildirilib.

"TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.

22:30***

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

“Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, deputatın həyati təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.

22:23***

Millət Vəkili Fazil Musatafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi - OMM"ə bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.

DİN-dən verilən məlumata görə hadisə Sabunçu rayonunda baş verib. Hazırda əməliyyat axtarış qrupu hadisə yerindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.

22:19***

Milli Məclisin deputatı  Fazil Mustafaya qarşı sui-qəsd olub. 

"Operativ Məlumat Mərkəzi - OMM"  "Müsavat.com"a istinadən xəbər verir ki, deputat evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. 

Verilən məlumata görə, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.

Həftənin ən çox oxunanları

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu