Operativ Məlumat Mərkəzi

Azərbaycanlı aktyor vəfat edib

1 dəq
Paylaş:
Azərbaycanlı aktyor vəfat edib
Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında vəfat etdi.

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib.

Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər