Əsas məzmuna keç

Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub

XİN başçısı Ceyhun Bayramov və Bağdad Amreyev Orta Dəhliz, Ələt limanı və enerji layihələri ilə bağlı yeni perspektivləri dəyərləndiriblər. Detallar burada:

en ru

16 iyun tarixində Respublikasının naziri Türk İnvestisiya Fondunun Prezidenti Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Türk İnvestisiya Fondu arasında gündəliyində duran məsələlər, Fondun fəaliyyət istiqamətləri və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə yaradılmış Türk İnvestisiya Fondunun arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və regionun dayanıqlı inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Azərbaycanın irəlilətdiyi layihələrin regional bağlantıların gücləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafında oynadığı rol qeyd olunub. Bu çərçivədə, Orta Dəhlizin potensialının artırılması, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı, həmçinin ölkəmizin mühüm logistika və nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məıumat verilib.

Nazir Ceyhun Bayramov Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında formalaşdırılan nəqliyyat-logistika infrastrukturunun regional ticarət və yükdaşımaların həcminin artırılmasına xidmət etdiyini bildirib.

Bununla yanaşı, alternativ enerji sahəsində görülən işlər barədə məlumat verilib.

Tərəflər Türk dünyasının iqtisadi potensialının daha səmərəli reallaşdırılması, qarşılıqlı faydalı investisiya layihələrinin təşviqi, nəqliyyat, enerji və infrastruktur sahələrində birgə səylərin artırılmasının ortaq rifahın möhkəmləndirilməsinə və regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…