Prezident seçkilərinin fevral ayında keçirilməsi tamamilə məqsədəuyğun idi və biz belə bir qərarın olduğunu görmüş olduq. Çünki burada bir neçə səbəblər var idi. Prezident, parlament və bələdiyyə seçkiləri arasında fərqin olması məlum idi ki, 2025-ci ildə həmin seçkilər keçirilməli idi və onlar arasında çox qısa zaman kəsiyinin olması həm maliyyə cəhətdən müəyyən yüklənmələr, həm də vətəndaşların seçkilərlə bağlı yorğun olmasına gətirib çıxara bilərdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri politoloqlar klubunun sədri Zaur Məmmədov bildirib.
"Hazırkı vəziyyətdə 2024-cü ildə dünyanın bəzi vacib ölkələrində keçirilən seçkilərlə eyni ildə Azərbaycanda da prezident seçkilərinin keçirilməsi, Azərbaycan xalqının və Azərbaycan dövlətinin gələcək inkişafı, yeni mərhələyə qədəm qoyması üçün olduqca vacibdir.
2 ay sonra 2024-cü ilin fevralında prezident seçkilərinin keçirilməsi bir çox çağırışların artıq dəf edilməsi üçün yeni bir ardıcıl olaraq siyasətin davam etdirilməsinə gətirib çıxaracaqdır".
Aminə Nəzərova