Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Antiazərbaycan qüvvələrin məkrli niyyətlərinin qarşısı alınacaq" - Vüqar Bayramov

2 dəq
Paylaş:
"Antiazərbaycan qüvvələrin məkrli niyyətlərinin qarşısı alınacaq" - Vüqar Bayramov

Dövlət Təhlükəsizliyi (DTX) dünən açıqlama yayıb. Məlumatda bildirilir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə və milli maraqlarına qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısı görülmüş kompleks tədbirlər nəticəsində, vətəndaşları – Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və digərləri – hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu dəyişdirməyə yönələn hərəkətlərdə şübhəli bilinirlər.

Bununla bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı Vüqar bildirib ki, ölkədə stabilliyin qorunması möhkəm əllərdədir və “beşinci kolon” adlandırılan xəyanət şəbəkəsinin gizli əməlləri cəzasız qalmayacaq.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamanı şərh edən deputat qeyd edib ki, xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlatıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunub və istintaq qarşısında cavab verirlər.

photo_314386.webp?v=MTI6MTQyMDI2LTAyLTEyIDEyOjU2OjQ2

Vüqar Bayramov xatırladıb ki, 2013-cü ildə ərəfəsində yaradılan anti-milli “şuralar”ın məqsədi Azərbaycanı yenidən anarxiyaya sürükləmək və Ramiz Mehdiyevin 2003-cü ildə yarımçıq qalmış xüsusi planını reallaşdırmaq idi. Lakin güclü Azərbaycan hakimiyyəti və xalq-iqtidar birliyi həmin planların reallaşmasına imkan verməyib.

photo_314392.webp?v=MTI6MTcyMDI2LTAyLTEyIDEzOjM4OjQ2

Deputat vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş güclü dövlətdir və ölkədə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir. Hər hansı daxili və xarici qüvvələrin məkrli niyyətləri qarşısı qətiyyətlə alınacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax