Əsas məzmuna keç

Azərbaycanın U-20 millisi İraqla ikinci yoxlama oyununu keçirəcək

Azərbaycanın U-20 millisi İraqla ikinci yoxlama oyununu keçirəcək
— Foto: idman.biz

Rui Jorjenin rəhbərlik etdiyi komanda İraqın U-20 millisi ilə Bakıda qarşılaşacaq. Görüş saat 16:00-da başlayacaq.

en ru

20 yaşadək futbolçulardan ibarət millisi bu gün İraqın U-20 komandası ilə ikinci yoxlama oyununa çıxacaq.

Rui Jorjenin rəhbərlik etdiyi komanda Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində İraqla növbəti dəfə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 16:00-da başlayacaq.

Komandaların noyabrın 17-də Sumqayıtda keçirilən ilk görüşü qolsuz heç-heçə ilə başa çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…