Əsas məzmuna keç

Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsi 5% artıb

Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsi 5% artıb

Əli Əsədov Türk dünyası ilə 7.3 mlrd dollarlıq iqtisadi bağların detallarını açıqladı. 21 mlrd dollar sərmayə və yeni investisiya planlarında nələr var? Öyrənin.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın Təşkilatına () üzv ölkələrlə ümumi dövriyyəsi ötən il 5 faizdən çox artaraq 7.3 milyard dollarına çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri TDT-yə üzv dövlətlərin hökumət başçılarının və Vitse-prezidentlərinin ikinci görüşündəki çıxışı zamanı məlumat verib.

Baş nazirin sözlərinə görə, quruma üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır:

Azərbaycanın TDT Ölkələrinə Yatırdığı Sərmayənin Həcmi Nə Qədərdir?

"Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb (7.3 milyard ABŞ dolları). Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dolları təşkil edir".

Əli Əsədov eyni zamanda bildirib ki, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Gələcək İqtisadi Əməkdaşlıq Üçün Hansı Sahələr Hədəflənir?

"Lakin mövcud potensialımız qeyd edilən göstəricilərdən qat-qat böyükdür. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, sənaye kooperasiyasının dərinləşdirilməsi, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi potensialımızın tam şəkildə reallaşmasına imkan yaradacaq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?