Əsas məzmuna keç

Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

Ötən il Azərbaycanın dövlət qurumları domenlərinə bənzədilmiş saxta domenlər aşkar olunub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə dövlət qurumlarının...

Ötən il Azərbaycanın dövlət qurumları domenlərinə bənzədilmiş saxta domenlər aşkar olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

"Xidmətin mütəxəssisləri tərəfindən aparılan kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta yaradılması halları müəyyən edilib, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb", - məlumatda deyilir.

Qeyd olunub ki, Xidmət tərəfindən qurulan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…