Əsas məzmuna keç

Azərbaycanda yeni turizm qanunu hazırlandı

Azərbaycanda yeni turizm qanunu hazırlandı

Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan qanun layihəsi sektordakı qaydaları kökündən dəyişir. Bəs yeni tənzimləmələr səyahət və otelçilik sahəsinə nə gətirir?

en ru

Azərbaycanda sektorunda son illərdə baş verən dəyişikliklər mövcud qanunvericiliyin yenilənməsini zəruri edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən "Turizm haqqında" qanun sektorun inkişafına mühüm töhfə versə də, hazırkı mərhələdə onun təkmilləşdirilməsinə ehtiyac yaranıb: "Bugünkü qiymətləndirməmiz ondan ibarətdir ki, son bir ildə baş verən proseslər fonunda qanunun yenilənməsi artıq zəruridir. Yeni qanun layihəsi hazırlanıb və hökumət daxilində müzakirəyə təqdim olunmağa hazırdır. 2018-ci ildən etibarən Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu çərçivədə yeni turizm , standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılıb".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…