Əsas məzmuna keç

Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir

Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir

Bakıda 28 m/s sürətli külək, Kəlbəcər və Şuşada qar, bölgələrdə duman hökm sürür. Xəzərdə dalğa 3.8 metrə çatdı. Milli Hidrometeorologiyanın son xəbərdarlığı:

en ru

Azərbaycanda hazırda yağıntılı və küləkli müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veri ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 4-ü saat 09:00-a olan məlumatına görə, ölkənin bir sıra bölgələrində hava şəraiti əlverişsiz olaraq qalır.

Rəsmi məlumata əsasən, , Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxın Sarıbaş ərazisində yağıntısı qeydə alınıb. Digər bölgələrin əksəriyyətində isə müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti bəzi bölgələrdə güclənib. Belə ki, küləyin sürəti Bakıda və yarımadasında 28 m/s, Goranboyda 23 m/s, Bərdə və Naftalanda 21 m/s, Gəncədə 20 m/s, Şəki və Mingəçevirdə 18 m/s, Şəmkir və Tərtərdə 16 m/s, Culfa və Yevlaxda isə 15 m/s-dək çatır.

Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metr təşkil edir ki, bu da dənizdə hərəkət üçün çətinlik yaradır.

Bundan əlavə, Daşkəsən, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Göyçay, Lerik, Astara və Sabirabad ərazilərində duman müşahidə olunur. Görünüş məsafəsi bəzi yerlərdə 300 metrədək məhdudlaşıb.

Milli Hidrometeorologiya Xidməti əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və digər hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…