Operativ Məlumat Mərkəzi

Azərbaycanda tanınmış jurnalistə yeni vəzifə verilib

2 dəq
Paylaş:
Azərbaycanda tanınmış jurnalistə yeni vəzifə verilib
o bu barədə sosial şəbəkə hesabında məlumat verib. V.Nəsirov bundan sonra əmək fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət...

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov işdən çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.

V.Nəsirov bundan sonra əmək fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyində - şöbə müdiri kimi davam etdirəcək.

2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan V.Nəsirov 2007-ci ildən "Xəzər TV"-də “Xəbərlər”, “Xəzər aktual” verilişinin eləcə də, "Gündəm", "32-ci gün", "Tarixdə o gün", “İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub. O, Zirvəyə doğru" və "Sadiq dost" sənədli filmlərinin müəllifidir.

V.Nəsirov 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub.

O, 2016-cı il noyabrın 7-də Prezident İlham Əliyevin “Televiziya və radio işçilərinin təltif edilməsi haqqında” sərəncamına əsasən televiziya və radionun inkişafında ximətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər