Operativ Məlumat Mərkəzi

Azərbaycanda tanınmış hakim VƏFAT ETDİ

1 dəq
Paylaş:
Azərbaycanda tanınmış hakim VƏFAT ETDİ
bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, Mansur İbayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Mansur İbayev...

Azərbaycanda hakim vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Mansur İbayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Mansur İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb. Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən, 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının üzvü, Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.


2006-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər