Əsas məzmuna keç

Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb

Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 47,8 milyard manatlıq və yaxud ötən...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 47,8 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox sənaye məhsulu edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə məhsul istehsalı neft-qaz sektorunda 0,6 %, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.

Sənaye məhsulunun 64 %-i mədənçıxarma sektorunda, 30,2 %-i emal sektorunda, 4,8 %-i enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4 % azalıb, əmtəəlik qaz hasilatı isə 5,2 % artıb.

Emal sektorunda , qoşqu və yarımqoşquların istehsalı 53,4 %, əczaçılıq məhsullarının istehsalı 47,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 42,9 %, hazır metal məmulatlarının istehsalı 38,1 %, mebel istehsalı 35,8 %, elektrik avadanlıqlarının istehsalı 34,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 29,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 23 %, tikinti materiallarının istehsalı 22,9 %, içkilərin istehsalı 19,9 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,2 %, tütün məmulatlarının istehsalı 12,9 %, kimya sənayesi məhsullarının istehsalı 9,6 %, kağız və karton istehsalı 8,2 %, qida məhsullarının istehsalı 7 %, neft məhsullarının istehsalı 2,8 % artıb, geyim istehsalı 0,1 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,6 %, toxuculuq sənayesi məhsullarının istehsalı 7,6 %, sair sənaye məhsullarının istehsalı 7,8 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,4 %, poliqrafiya məhsullarının istehsalı 23,1 %, maşın və avadanlıqların istehsalı 40,1 %, sair vasitələrinin istehsalı isə 52,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,1 % artıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…