Əsas məzmuna keç

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir

Zaqatalada qarın hündürlüyü 36 sm-ə çatdı, dağlarda 14 dərəcə şaxta var. Milli Hidrometeorologiya Xidməti duman və yağıntı ilə bağlı son faktları açıqladı.

en ru

ərazisində qeyri-sabit müşahidə olunub, bəzi bölgələrdə yağış, əksər ərazilərdə isə qar yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 10:00-a olan məlumatında bildirilib.

Məlumata görə, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 36 sm, Qaxda (Sarıbaş) 31 sm, Şəkidə (Kişçay) 20 sm, Qrızda 14 sm, Şahdağda 13 sm, Xınalıqda 8 sm, Kəlbəcər və Qusarda (Laza) 7 sm, Qubadlı, Laçın və Lerikdə 5 sm, , Quba və Xızıda 4 sm, Şamaxıda 3 sm, Yardımlıda isə 2 sm təşkil edib.

Düşən yağıntının miqdarı Qəbələdə 34 mm, Astarada 23 mm, Lənkəranda 21 mm, Cəlilabad və Neftçalada 18 mm, Oğuzda 15 mm, Balakəndə 14 mm, Biləsuvarda 11 mm, əksər rayonlarda isə 9 mm-dək qeydə alınıb.

Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar və Quba ərazilərində duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və yarımadasında 1 dərəcə , Naxçıvan MR-da 12 dərəcə şaxta, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.

Hava proqnozu

18° Bakıda indiAz buludlu
  1. Bu gün Günəşli 19° 10°
  2. Sabah Az buludlu 17° 10°
  3. Birisi gün Tutqun 10° 9° yağış 66%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…