Əsas məzmuna keç

Azərbaycanda oynamış futbolçu 40 yaşında vəfat edib

Azərbaycanda oynamış futbolçu 40 yaşında vəfat edib

Azərbaycanda oynamış sabiq futbolçu Boziç dünyasını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Klix.ba" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi 40 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Fəaliyyətini dayandırmış "Simurq" klubunun keçmiş oyunçusuna bir neçə il əvvəl beyin şişi diaqnozu qoyulub. İki əməliyyata baxmayaraq, Boziçin həyatını xilas etmək mümkün olmayıb.

Bosniya və Herseqovina millisinin sabiq üzvü 2012/2013 mövsümündə Zaqatala təmsilçisinin formasını geyinib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…