Əsas məzmuna keç

Azərbaycanda ov mövsümü bu tarixdə başlayacaq

Azərbaycanda ov mövsümü bu tarixdə başlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovçuluq üçün rəsmi icazə vaxtını açıqladı. Görəsən, bu il hansı heyvan növlərinə və bölgələrdə ov etmək qadağan ediləcək?

en ru

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib və oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev məlumat verilib.

Xidmət rəsmisi bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə bilərlər:

"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…