Əsas məzmuna keç

Azərbaycanda hava şəraiti mülayimləşdi: Faktiki vəziyyət

Azərbaycanda hava şəraiti mülayimləşdi: Faktiki vəziyyət

Milli Hidrometeorologiya Xidməti son göstəriciləri açıqladı. Şahbuz və Kəlbəcərdə qar rekord həddədir. Şuşa, Laçın və dumanlı yollardakı son vəziyyəti öyrənin:

en ru

Azərbaycanda faktiki açıqlandı: fevralın 11-i axşam saatlarından etibarən ölkə ərazisində kəsilib və hava şəraiti mülayimləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 12-si saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Neftçalada 14 mm, Beyləqanda 5 mm, Lənkəranda 4 mm təşkil edib. Mingəçevir, Yevlax, Kürdəmir, Balakən və Zaqatalada 3 mm, Göyçayda 2 mm qeydə alınıb.

Eyni zamanda Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad və yarımadasının bəzi yerlərində yağıntı 1 mm olub.

örtüyünün hündürlüyü ən çox Şahbuzda 49 sm və Kəlbəcərdə 40 sm olaraq qeydə alınıb. Laçın və Qubadlıda 33 sm, Qaxda (Sarıbaş) 29 sm, Biləsuvarda 23 sm, Daşkəsəndə 19 sm, Şuşada 15 sm, Gədəbəydə 14 sm-ə çatıb.

Digər ərazilərdə qar örtüyü aşağıdakı kimidir: Cəlilabad və Yardımlıda 10 sm, Xankəndidə 7 sm, Astara və Ağdamda 6 sm, Xocalı və Qubada 5 sm, İmişli və Şəkidə (Kişçay) 4 sm, Lerikdə 3 sm, Füzulidə 2 sm, Qəbələ, Qobustan və Xaltanda 1 sm.

Hazırda Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay və Lerikdə duman müşahidə olunur. Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hava proqnozu

20° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 21° 19° yağış 39%
  2. Sabah Günəşli 22° 19°
  3. Birigün Tutqun 23° 19°
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…